Menyu

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

Nərmin Qocamanlı
Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub
1 dəq oxu

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib. Səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub. Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər