Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası yenidən təşkil ediləcək
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası yenidən təşkil ediləcək
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunacaq.
"Operativ Media" xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasının gündəliyinə daxil edilmiş birinci oxunuşda “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkili olunması ilə əlaqədar hazırlanıb.
Layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olmaqla yanaşı, həmin orqanların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Son xəbərlər
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib
Muxtar Babayev Aİ nümayəndəsi ilə iqlim fəaliyyətlərinin aktivləşdirilməsini müzakirə edib
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB