Dünyada hər 6 yetişkindən biri sonsuzluq problemi ilə üzləşir.
"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi hesabatda bildirilib.
Bildirilib ki, dünyada yetkinlik yaşına çatmış şəxslərin 17,5 faizi sonsuzluqdan əziyyət çəkir.
Sonsuzluq səviyyəsinin yüksək gəlirli ölkələrdə 17,8 %, orta və aşağı gəlirli ölkələrdə isə 16,5 % civarında olduğu bildirilir.
Qeyd edilib ki, bir çox insanlar yüksək xərclər və sosial stiqma səbəbindən müalicə ala bilmirlər.