Menyu

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik bütün sahələrdə əməkdaşlıq imkanı yaradır - TƏHLİL

Operativ Media
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik bütün sahələrdə əməkdaşlıq imkanı yaradır - TƏHLİL

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının əsas sütunlarından birinə çevrilməkdədir. Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sürətlə inkişaf etməsi region ölkələrinin düşünülmüş və uzunmüddətli strateji kursunun nəticəsidir. Bu dinamikanın əsasında dəyişən geosiyasi reallıqlar, qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli və Prezident İlham Əliyevin ardıcıl, praqmatik, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyası dayanır.

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

"Bu gün Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün etibarlı siyasi tərəfdaş, mühüm tranzit qovşağı, cəlbedici investisiya platforması və Türk dünyasında inteqrasiyanın dərinləşməsini təşviq edən aparıcı aktor kimi qəbul edilir. Bu prosesdə mühüm rol oynayan amillərdən biri də dövlət başçıları diplomatiyasıdır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin bütün liderləri, o cümlədən Qırğız Respublikasının Prezidenti Sadır Japarovla qarşılıqlı etimada, dostluğa və açıq dialoqa əsaslanan şəxsi münasibətləri regional inteqrasiyanın dərinləşməsi üçün güclü siyasi impuls yaradır.

Prezident Sadır Japarovun Prezident İlham Əliyevi Qırğızıstan Respublikasının ən ali dövlət mükafatı olan "Manas" ordeni ilə təltif etməsi bu yüksək etimadın və Azərbaycanın artan regional nüfuzunun bariz təzahürüdür. Eyni zamanda, Prezident İlham Əliyevin Prezident Sadır Japarovu Azərbaycanın ən ali dövlət təltifi – "Heydər Əliyev" ordeni ilə mükafatlandırması münasibətlərin qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımız arasında mövcud dostluğa əsaslandığını nümayiş etdirir".

Deputat bildirib ki, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı çoxtərəfli formatda 2025-ci ilin noyabrında Daşkənddə keçirilmiş VII Məşvərət Görüşündə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Həmin toplantıda Azərbaycanın bu platformada tamhüquqlu iştirakına dair qəbul edilmiş tarixi qərar ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin institusional əsaslarını daha da möhkəmləndirdi. Bununla Azərbaycan regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşdırılmasında daha fəal rol oynayan tərəfdaşa çevrildi, nəqliyyat-logistika, enerji, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni imkanlar yarandı. Bu qərar eyni zamanda Azərbaycanın Avrasiyanın yeni geostrateji məkanında əsas aktorlardan biri kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirdi.

"Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət strategiyası nəticəsində Azərbaycan Mərkəzi Asiyanın bütün dövlətləri ilə ikitərəfli çərçivədə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlər isə artıq müttəfiqlik səviyyəsinə çatdırılıb. İyulun 31-də Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tərəfindən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması Azərbaycanın artan beynəlxalq nüfuzunun, regionda formalaşdırdığı etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Qırğız Respublikası ilə müttəfiqlik haqqında Müqavilə həmçinin Mərkəzi Asiya dövlətləri ilə strateji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi istiqamətində Prezident İlham Əliyev apardığı ardıcıl və prinsipial xarici siyasətin kursunun praktik nəticəsidir" -, o qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər