Menyu

Marko Yankoviç: Kədərlənmək üçün çox vaxtımız yoxdur

Operativ Media
Marko Yankoviç: Kədərlənmək üçün çox vaxtımız yoxdur

"Qarabağ"ın ​yarımmüdafiəçisi Marko Yankoviç komandanın son qarşılaşmada qeydə alınan nəticəsini dəyərləndirərək əsas diqqəti qarşıdakı oyunlara yönəltməyin vacibliyini bildirib.

​Operativ Media xəbər verir ki, futbolçu "AzNews" telekanalına müsahibəsində rəqibin üstün olmadığını, sadəcə oyunun belə alındığını vurğulayıb:

​"Əlbəttə, nəticədən razı deyilik. Amma bu, futbolun bir hissəsidir. Bəzən rəqibdən daha yaxşı oynasan da, qalib gələ bilmirsən. Mən onların bizdən üstün olduğunu demirəm, sadəcə bu oyunda belə alındı".

​Yankoviç komandanın oyunu təhlil edərək lazımi nəticələr çıxarmalı olduğunu qeyd edib:

​"İndi oyunu təhlil etməli və hansı məqamları inkişaf etdirməli olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var. Ancaq, dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənmək üçün çox vaxtımız yoxdur. Qarşıda yeni oyunlar var və Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər