Menyu

"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir

Operativ Media
"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu "Mançester Siti"nin yarımüdafiəçisi Rodrini heyətinə qatmaqda maraqlıdır.

​Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

​Bildirilib ki, Kataloniya təmsilçisi 30 yaşlı ispaniyalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb. Rodrinin də komandanın oyun üslubu və uyğunlaşma prosesinin rahat olacağı ehtimalı baxımından "Barselona"ya keçid variantına müsbət yanaşdığı qeyd olunub.

​"Barselona"nın təcrübəli yarımmüdafiəçiyə yönəlməsinə əsas səbəb Frenki de Yonqun uzunmüddətli sıradan çıxmasıdır. Lakin bu transferi reallaşdırmaq və maliyyə vəziyyətini düzəltmək üçün kluba bir və ya bir neçə oyunçusu ilə yolları ayırmaq lazım gələcək.

​Daha əvvəl təcrübəli oyunçunun keçidi ilə bağlı Madrid "Real"ının da danışıqlar apardığı bildirilirdi.

​Qeyd edək ki, Rodri İspaniya millisinin qalib gəldiyi 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusu seçilib. 2019-cu ildən "Mançester Siti"də çıxış edən futbolçu bu müddətdə keçirdiyi 298 matçda 28 qol vurub və 32 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər