Menyu

ABŞ dövlət katibinin köməkçisi Hindistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfər edəcək

Şəfa Hüseynli
ABŞ dövlət katibinin köməkçisi Hindistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfər edəcək
1 dəq oxu

ABŞ Dövlət Katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Hindistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Cənubi və Orta Asiya məsələləri üzrə bürosu "X" sosial media platformasında məlumat yayıb.

Amerikalı diplomat avqustun 5-dən 12-dək səfərdə olacaq.

Məlumata görə, səfəri zamanı Pol Kapur hökumət və biznes nümayəndələri ilə görüşlər keçirəcək.

Əlaqəli Xəbərlər