Bərdədə açıq sahədə yanğın baş verib
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media bu barədə FHN-nə istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb.
Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net