Lionel Messi karyerasında vurduğu qolların sayını 921-ə çatdırıb
Operativ Media
"İnter Mayami"nin hücumçusu Lionel Messi Liqalar Kuboku çərçivəsində "Atletiko San-Luis"ə qarşı keçirilən matçın ilk hissəsində dubla imza atıb.
Operativ Media xəbər verir ki, 39 yaşlı argentinalı ulduz bu qollarla peşəkar karyerasındakı qol sayını 921-ə çatdırıb.
Təcrübəli hücumçu karyerası ərzində keçirdiyi 1188 rəsmi qarşılaşmada klub səviyyəsində 794, Argentina milli komandasında isə 125 dəfə fərqlənib. O, "Barselona"da 778 oyunda 672, PSJ-də 75 matçda 32, "İnter Mayami" heyətində isə çıxış etdiyi 106 görüşdə 90 qola imza atıb. Milli komandada isə 207 matçda meydanda olub.
Qeyd edək ki, 2023-cü ilin yayında MLS təmsilçisinə keçən Messi oktyabr ayında klub ilə müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net