Menyu

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 4,7 milyard bareldən çox neft nəql edilib

Operativ Media
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 4,7 milyard bareldən çox neft nəql edilib

Bu vaxtadək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 4,7 milyard bareldən çox xam neft nəql olunub.

bp şirkətindən Operativ Media-ya bildirilib ki, ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 75 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar vəsait sərf olunub.

1768 kilometr uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin ilk altı ayı ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Bu il iyulun 1-dən BTC boru kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları - bp (30,10%), SOCAR (32,97%), “MOL” (8,90%), “TPAO” (6,53%), “Eni” (5%), “TotalEnergies” (5%), “ITOCHU” (3,40%), “ONGC Videsh” (3,10%), “ExxonMobil” (2,50%) və “INPEX” (2,50%) şirkətləridir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər