Menyu

"Azərbaycan və Qazaxıstan ticarət əlaqələrinin bir milyard dollara çatdırılması rahat hədəfdir"

"Azərbaycan və Qazaxıstan ticarət əlaqələrinin bir milyard dollara çatdırılması rahat hədəfdir"

“Şərq və Qərb ticarətində Qazaxıstan-Azərbaycan çox mühüm orta dəhlizin əhəmiyyətini təşkil edir və bu istiqamətdə səmərəli fəaliyyət daha da genişlənəcək”.

Bu sözləri “Operativ Media”ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

O qeyd edib ki, Avropa və Rusiya arasındakı neft sektorunda problem olmasaydı, Qazaxıstanın öz enerjisini Azərbaycanın üzərindən ixrac etmək fikirləri Rusiyanı qıcıqlandıra bilərdi.

“Qazaxıstanla Azərbaycanın iqtisadi əlaqələrini genişləndirilməsinə heç bir maneə yoxdur. Siyasi baxımdan heç bir maraqlarımız toqquşmur. Tarixi milli, dini kökümüz eynidir, həmçinin də uzun müddət eyni mədəniyyətin daşıyıcısı olmuşuq və oxşarlıqlarımız çoxdur. Qazaxıstanla bizim iqtisadiyyatımızda da oxşar problemlərimiz var. Orta dəhliz məsələsi Qazaxıstan və Azərbaycanın əlaqələrini yaxşılaşdırır, hansı ki, şərqdən-qərbə gedən ticarət, böyük İpək yolu çiynində xüsusən sürətli inkişafı ilə dünyanın 2 -ci böyük iqtisadiyyatı və yaxın illərdə 1-ci iqtisadi zonaya çevrilməsi gözlənilir. Bu kontekstdə şərq və qərb ticarətində Qazaxıstan-Azərbaycan çox mühüm orta dəhlizin əhəmiyyətli elementini təşkil edir və bu istiqamətdə fəaliyyət genişlənəcək.

Biz hələ prosesin əvvəlindəyik, ötən illər ərzində bu məsələlər haqqında çox danışmışıq. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukraniya müharibəsi bu məsələləri aktuallaşdırıb impuls verdi və ticarət əlaqələri dəyişib. Burada müəyən problemlər də var, ölkələr bunu müzakirə edirlər. Ötən il xatırlayırsınızsa, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan rəhbərləri, Nəqliyyat və Xarici işlər nazirləri görüşdülər, tranzit xərclərinin yüngülləşdirilməsi haqqında müzakirələr apardılar. Bu haqda komissiya aktı var, mütəmadi iş gedir. Eyni zamanda Türk dövlətlərinin təşkilatının üzvü kimi gömrüyün sadələşdirilməsi və tədricən Azər-ticarət məkanının hazırlanmasını fikirləşirik. Bununla yanaşı Rusiya Ukrayna müharibəsi bu inteqrasiyaya daha bir üstünlük verdi.

Qazaxıstan öz neftinin ixracının 95 faizini Rusiya üzərindən həyata keçirirdi , bu da Qazaxıstanı Rusiyadan asılı vəziyyətə salırdı. Nəzərə alsaq ki, Avropa Rusiya neftini almaq istəmir, Qazaxıstan da məcbur qaldı, Rusiyanın xətrinə dəyməməklə, başqa yollar axtarışına çıxdı. Xatırladım ki, Qazaxıstan-Rusiya boru xətti Avropaya gedir orada da eyni məsələlər ortaya çıxır. Avropa və Rusiya arasında neft sektorunda problem olmasaydı, Qazaxıstanın öz enerjisini Azərbaycanın üzərindən ixrac etmək fikirləri Rusiyanı qıcıqlandıra bilərdi. Hazırki məqamda Rusiyanın özü neftini sata bilmir, getdikcə tranzit imkanları pisləşir və Qazaxıstan da təbii ki, alternativ yollar tapmalıdır ki, bunlardan biri də Azərbaycan və Bakı Tiblisi Ceyhan boru xəttidir.

Ötən il razılaşma əldə edildi ki, 1,5 milyon ton, ümumiyyətlə bir müddətdən sonra 5-6 milyon tona qədər Qazaxıstan nefti Azərbaycandan keçəcək. Nəzərə almaq lazımdır ki, Qazaxıstanın nefti və ixracatı bizdən daha çoxdur. Azərbaycan neftinin ixracatı da getdikcə azalır hasilatı azaldığına görə, bu enerji proyekti çox əhəmiyyət kəsb edir. Qeyd edim ki, orta dəhliz vastəsilə yük daşımalar artacaq. Azərbaycanda Ələt Dəniz Limanı tam gücü ilə işləyir.

Hasilatı artırmağa çalışırıq, bu günlərdə baş tutan görüşdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Prezident İlham Əliyev Bakı Tiblisi Qars yolunun yük götürməsi haqqında danışıblar. Azərbaycan mütəmadi Qazaxıstan, Mərkəzi Asiya, Şərqdən gələn yüklərin rahat getməsi üçün imkanları genişləndirir.

Digər ticarət aspektləri də var, Azərbaycan Qazaxıstan ticarət dövriyyəsi hal-hazırda ümumi ticarət dövriyyəmizin 1,5 faizini təşkil edir, qeyri neft ixracının 2,4 faizi Qazaxıstana gedir, idxalın isə 2,9 faizi Qazaxıstandan bizə gəlir. Qazaxıstandan Kənd təsərrüfatı məhsulları, ərzaq, taxıl, ənənəvi olaraq alırıq, sənaye məhsulları idxal edirik, eyni zamanda qeyri-neft sektoru məhsulları Qazaxıstana ixrac edirik, hazırda artım yarım milyardın üzərindədir, 2022-ci ildə dövriyyəmiz daha çox artıb. Onu da vurğulayım ki, bununlada Azərbaycan və Qazaxıstan ticarət əlaqələrinin bir milyarda çatdırılması çox rahat hədəfdir".

 

Ayşən Azadova
 

Teqlər:

"\"Azərbaycan Qazaxıstan ticarət əlaqələrinin bir milyard dollara çatdırılması rahat hədəfdir\""

Əlaqəli Xəbərlər