1-ci Liqa: "Mingəçevir" və "Şahdağ Qusar" qələbə qazandı, "Şəfa" heç-heçə etdi
Azərbaycan 1-ci Liqasında 24-cü tur start götürüb.
Operativ Media xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
"Mingəçevir" doğma meydanda "Zaqatala"nı darmadağın edib - 7:1. "İşıqçılar" bu qələbə sayəsində 2-ci pilləyə yüksəliblər.
"Şahdağ Qusar" səfərdə MOİK-i üstələyib - 1:0. Lider "Şəfa" isə "Şimal"la qolsuz heç-heçəyə razılaşıb.
Qeyd edək ki, tura sabah baş tutacaq 2 görüşlə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası
3-cü dövrə, 24-cü tur
29 aprel (çərşənbə)
MOİK – “Şahdağ Qusar” 0:1
Qol: Aqostinyo Çipesse, 60.
“Bayıl Arena”.
“Mingəçevir” – “Zaqatala” 7:1
Qollar: Xəyal Muradov, 8. Kennet Kalunqa, 13; 55. Fuad Bayramov, 65. Elçin Mustafayev, 78. Abba Usman, 80. Rəhim Cəfərli, 90 - Davud Mahmudov, 85.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).
“Şəfa” – “Şimal” 0:0
“Bayıl Arena”.