Bakının ən bahalı şadlıq sarayları - SİYAHI
Toy planlaşdıran cütlüklər üçün ən önəmli məsələlərdən biri şadlıq sarayının seçimidir.
Paytaxtın toy bazarında hər büdcəyə uyğun müxtəlif seçimlər olsa da, lüks seqmentdə yerləşən məkanlar öz qiymətləri və təklif etdikləri xidmət səviyyəsi ilə digərlərindən fərqlənir.
Operativ Media-nın araşdırmasına əsasən, hazırda Bakının ən bahalı şadlıq saraylarından biri olan "Böyük Saray"da bir nəfərlik menyunun qiyməti 250-400 AZN, "Bağçalı Saray"da isə 230-300 AZN arasında dəyişir.
Elit məkanlar sırasında yer alan "Elit Events Hall" 150-300 AZN, "Sapfir Saray" 160-250 AZN, "Meridian Garden" isə 160 AZN-dən başlayan qiymətlərlə xidmət təklif edir.
"SS Hall Baku"da qiymətlər 130-220 AZN, "Gallery Baku Hall"da 130-200 AZN, "Neolit Central"da 120-250 AZN, "Halikarnas Events Hall"da isə 130-220 AZN aralığındadır.
Şəhərin digər tanınmış məkanları olan "Hollywood Wedding City" və "Ay İşığı"nda isə qiymətlər 100-200 AZN arasında dəyişir.