Menyu

Azərbaycan millisi Tbilisi Avropa Kubokunda 15 cüdoçu ilə təmsil olunacaq

Operativ Media
Azərbaycan millisi Tbilisi Avropa Kubokunda 15 cüdoçu ilə təmsil olunacaq

2–3 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 8 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 16 ölkədən 310 idmançı iştirak edəcək. Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-50 kq

Ülvi Cəlilzadə

Əli Kazımzadə

Fərid Rzazadə 

-55 kq

Səlim Hüseynov 

Devid Mahmudov 

Turan Ayvazlı 

-60 kq

Məhəmməd Abdullazadə

Əli Əlizadə

-66 kq

Zaməddin Bağırov 

Teymur Gülməmmədov

-73 kq

Ruslan Əsgərov

Akif Məmmədli 

-81 kq

Hüseyn Səfərov 

-90 kq

Saleh Rzayev 

+90 kq 

Hüseyn Hüseynov

Əlaqəli Xəbərlər