Menyu

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Operativ Media
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb
1 dəq oxu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Operativ Media xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyunları baş tutub.

Səsvermədə "Bavariya" ilə matçda (5:4) iki qol vuran və bir məhsuldar ötürmə edən "PSJ"-nin hücumçusu Usman Dembele, həmçinin "Atletiko"nun "Arsenal"la heç-heçə (1:1) oynamasına kömək edən hücumameyilli yarımmüdafiəçisi Antuan Qrizmann iştirak edir.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında aparılan səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək: mayın 5-də Londondakı "Emireyts" stadionunda "Arsenal" "Atletiko"nu, mayın 6-da isə Münhendəki "Alyans Arena"da "Bavariya" "PSJ"-ni qəbul edəcək. Oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Xəbərlər