Erməni KİV: Ermənistan Silahlı Qüvvələrinin korpus komandiri yaralanıb
Erməni KİV: Ermənistan Silahlı Qüvvələrinin korpus komandiri yaralanıb
Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
"Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində erməni tərəfdə də ölən və yaralananların olduğu bildirilir.
Məlumata görə, Azərbaycan ordusunun cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin korpus komandiri Armen Gyozalyan da yaralanıb.
Qeyd edək ki, hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Son xəbərlər
HHQ-nin "N" hərbi hissəsinin yaranma günü qeyd olunub
Fidan: Qəzzada atəşkəsin davamlı olması şərtdir
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2