Osimhen "Milan"la oyunu buraxacaq

Əziz Əzizli
Osimhen "Milan"la oyunu buraxacaq

"Napoli"nin futbolçusu Viktor Osimhen Çempionlar Liqasının 1/4 finalında "Milan"la matçı buraxacaq. 

"Operativ Media" İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio de Laurentis danışıb. O, 24 yaşlı hücumçunun zədə səbəbindən görüşdə iştirak etməyəcəyini deyib: "Biz çalışırıq ki, Osimhen aprelin 18-dək hazır olsun. Amma təəssüf ki, o, sabah oynaya bilməyəcək".

De Laurentis Osimhenin əvəzinə Qakomo Raspadorinin meydana çıxmasının gözlənildiyini bildirib.

Qeyd edək ki, sabah keçiriləcək "Milan" - "Napoli" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər