Tramp "Binance"nin qurucusunu əfv edib - YENİLƏNİB

Operativ Media
Tramp "Binance"nin qurucusunu əfv edib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu Çanpən Çjaonu (Changpeng Zhao) əfv edib.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Evdən bildirilib ki, Tramp konstitusion səlahiyyətlərindən istifadə edərək Çjaonu əfv edib və onu “Biden administrasiyasının kriptovalyutalara qarşı apardığı təqibin hədəfi” adlandırıb.

Ağ Evin mətbuat katibi Karolayn Levitt açıqlamasında qeyd edib:

“Biden administrasiyasının hərəkətləri ABŞ-nin texnologiya və innovasiya sahəsində qlobal lider kimi nüfuzuna ciddi zərbə vurub. Kriptovalyutalara qarşı bu müharibə artıq bitdi.”

Prokurorların sözlərinə görə, Çjaonun rəhbərliyi altında həyata keçirilmiş qanunsuz əməliyyatlar ABŞ milli təhlükəsizliyinə ciddi ziyan vurub.

Qeyd edək ki, həbsdən əvvəl, 2023-cü ilin noyabrında Çjao Binance-in rəhbərliyindən istefa verib və 50 milyon dollar cərimə ödəməyi qəbul etmişdi.

19:28

ABŞ prezidenti Donald Tramp dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu Çanpən Çjaonu (Changpeng Zhao) əfv edib.

Operativ Media xəbər verir ki, bu barədə The Wall Street Journalı məlumat yayıb.

Xatırladaq ki, Çjao daha əvvəl ABŞ maliyyə qanunlarını pozmaqda və pul yuyulmasına qarşı qaydaların pozulmasında təqsirli bilinərək məhkum edilmişdi.

Digər xəbərlər