Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələr daha da möhkəmlənməlidir
Nicat Hüseynli
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
O, həmçinin qeyd edib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərində çox yaxşı dinamika mövcuddur və bu istiqamətdə işlər davam etdiriləcək.
Kobaxidze ekspertlərin Aİ ilə ümumi maraq kəsb edən layihələr siyahısına daxil etdiyi, elektrik enerjisinin və rəqəmsal rabitənin ötürülməsi üçün Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi layihəsinə də toxunub.
Onun sözlərinə görə, Gürcüstanın iştirakı olmadan bu cür regional əlaqələrin qurulması mümkün deyil.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma