Menyu

Yeniyetmə cüdoçularla dünya çempionatı öncəsi görüş keçirilib

Operativ Media
Yeniyetmə cüdoçularla dünya çempionatı öncəsi görüş keçirilib

Dünya çempionatında iştirak edəcək yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Bu barədə Operativ Media-ya Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Toplantıda ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçilər heyəti iştirak edib. Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib.

Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər