Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB
Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatında əks olunub.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.
***
11:26
Avqustun 12-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.