Süni İntellekt Zirvəsi 2026: "Uzadılmış indi" konsepti ilə festival ruhunda geri qayıdır
Azərbaycanın rəqəmsal ekosisteminin parçasına çevrilməyə davam edən Süni İntellekt Zirvəsi bu il yeni və genişləndirilmiş formatda II dəfə keçiriləcək.
Operativ Media xəbər verir ki, tədbir 13 noyabr 2026-cı il tarixində The Ritz-Carlton, Bakı məkanında baş tutacaq.
Ötən ilin uğurundan sonra təşkilatçılar bu il Zirvəni sadəcə konfrans formatından çıxararaq, texnologiya və insan zəkasının kəsişdiyi geniş əhatəli bir festivala çevirir. Tədbirin bu ilki konsept mesajı — "Uzadılmış indi" — zamanın və imkanların sərhədlərini aşaraq gələcəyin texnologiyalarını bu gündən yaşamağa, kəşf etməyə və tətbiq etməyə dəvət edir.
Zirvə bu il iştirakçılarına dörd fərqli zonada zəngin məzmun təqdim edəcək:
• Əsas Səhnə — dünya səviyyəli spikerlər və sənaye liderlərinin iştirakı ilə texnologiyanın dünəni, bugünü və sabahına dair ilhamverici çıxışlar;
• Masterclasslar — sənayeyə fokuslanmış fərqli sahələr üzrə dərin müzakirələr vasitəsilə peşəkar biliklərin yenilənməsi və sahə üzrə trendlərin təhlili;
• AI Playground — süni intellekt texnologiyalarının interaktiv stendlərdə canlı sınanması üçün yaradılan təcrübə zonası;
• Şəbəkələşmə — sahənin mütəxəssisləri ilə əməkdaşlıq imkanlarının qurulması və peşəkar əlaqələrin genişləndirilməsi üçün platforma.
Tədbir dövlət qurumları, özəl sektor nümayəndələri və texnologiya həvəskarları üçün nəzərdə tutulub və süni intellekt sahəsində yeni əməkdaşlıq imkanları yaratmağı hədəfləyir.
Tədbirə bilet əldə etmək üçün maraqlananlar rəsmi www.aisummit.az saytına daxil ola, yaxud 051 316 51 18 əlaqə nömrəsi ilə əlavə məlumat ala bilərlər.
Süni İntellekt Zirvəsi social mediada:
Instagram: https://www.instagram.com/aisummitbaku/
Facebook: https://www.facebook.com/profile.php?id=61580852390665
LinkedIn: https://www.linkedin.com/company/aide-summit/