Menyu

Avropa futbolunda “Clear Line” layihəsi tətbiq olundu

Operativ Media
Avropa futbolunda “Clear Line” layihəsi tətbiq olundu

Avropa futbolunda hakim qərarları ilə bağlı mühüm yenilik olan “Clear Line” layihəsi istifadəyə verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) platformanı dəstəkləyən 55 milli assosiasiyanın sırasına daxil olub.

Operativ Media xəbər verir ki, platformanın məqsədi milli və klub səviyyəsində qərar qəbuletmə prosesini daha anlaşılan, ardıcıl və şəffaf etməkdir.

UEFA-ya üzv olan bütün milli assosiasiyaların hakimlik qurumlarının rəhbərləri “Clear Line” platformasını hakim qərarlarının və VAR müdaxilələrinin vahid və ardıcıl şəkildə tətbiqi üçün etalon baza kimi təsdiqləyiblər. “Clear Line” hakimliklə bağlı 150-dən çox epizodu əhatə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər