Menyu

Hidayət Heydərov və Nizami İmranov Papendalda Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Operativ Media
Hidayət Heydərov və Nizami İmranov Papendalda Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Azərbaycan milli komandasının üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Bu barədə Operativ Media-ya ACF-dən məlumat verilib.

Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.

Müxtəlif ölkələrdən yüksək səviyyəli cüdoçuların iştirak etdiyi düşərgə intensiv məşqlər və randori sessiyalarından ibarətdir. Toplanış milli komandamızın üzvləri üçün beynəlxalq səviyyəli rəqiblərlə birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Papendaldakı Olimpiya Təlim Düşərgəsi avqustun 14-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər