ÇL: "Real" "Çelsi"yə, "Milan" "Napoli"yə qalib gəldi

Əziz Əzizli
ÇL: "Real" "Çelsi"yə, "Milan" "Napoli"yə qalib gəldi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

"Operativ Media" xəbər verir ki, Milanda İtaliyanın "Milan" və "Napoli" komandaları üz-üzə gəlib. Görüş "rossoneri"nin minimal hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında turnirin son qalibi "Real" azarkeşləri önündə London "Çelsi"si ilə qarşılaşıb. Madridlilər rəqibi iki cavabsız qolla məğlub edib.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

12 aprel

23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya) - 1:0

Qol: Bennaser, 40

Qırmızı vərəqə: Anqissa, 75 ("Napoli")

 

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:0

Qollar: Benzema, 22, Asensio, 74

Qırmızı vərəqə: Çilluel, 59 ("Çelsi)

Digər xəbərlər