14 Aprel 2023, 13:08
Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub şəkil
Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini (MMU) ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb.

Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Son xəbərlər
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Azərbaycanda palçıq vulkanları - xüsusiyyətləri, ekoloji əhəmiyyəti - ARAŞDIRMA
Riçard Almeyda: "Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma Qurban Qurbanovu çıxardı"
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Vizaların sadələşdirilməsi turizmə necə təsir edir?