Menyu

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VIDEO

Nərmin Qocamanlı
Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VIDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib.

Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.

Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər