"Trabzonspor" və "Çelsi"nin sabiq futbolçularından Florent Malouda Kilian Mbappe ilə bağlı açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, fransız ulduzun daha əvvəl "Çelsi"yə transferi üçün danışıqlar apardığını ifadə edən Maluda, "Çelsi"yə keçmək üçün dəfələrlə cəhd etdim. Ancaq bunda müvəffəqiyyətli ola bilmədim. Çalışmağa davam edəcəyəm.Mbappe ilə bağlı əmin olduğum tək şey karyerasında nə etmək istədiyi şeydir”- deyə bildirib.
Kilyan Mbappenin karyerasının bir hissəsini Premyer Liqada oynayacağına inandığını ifadə edən Maluda, "Ona istədiyini verə biləcək çoxlu komanda yoxdur. Həmçinin, onun ətrafında komanda qura biləcək komandalar çox deyil. O, liderdir, Fransa Milli Komandasının kapitanıdır.O, bunu yeni əldə etdi və növbəti böyük turnirdə aparıcı rolu ələ alacaq. Bu, problem ola bilər. Əminəm ki, o, birinciliyə yüksələcək. Premyer Liqa bir gün gedəcəyinə əminəm. bu sadəcə danışıqlara bağlıdır."
Bu mövsüm PSJ-də 36 oyun keçirən Kilyan Mbappe 32 qol vurub və 9 məhsuldar ötürmə edib.