17 Aprel 2023, 15:46
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib şəkil
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Yarış iştirakçılarına yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar. Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Son xəbərlər
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır