http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib

22 Aprel 2023 , 10:56
Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib.

Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib.

Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən  "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub.

Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib.

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

XƏBƏR LENTİ
  • 12:06

    Xavyer Tebas: "Mançester Siti" maliyyə feyr-pleyi qaydalarını pozub
  • 11:48

    Məhkəmə “Medsol" şirkəti ilə bağlı cərimə qərarını açıqlayıb
  • 11:47

    Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb
  • 11:42

    Bakı-Sumqayıt elektrik qatarları ilə ötən gün 37 minə yaxın sərnişin daşınıb
  • 11:40

    Aİ Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün 1,4 milyard avro gəlir ayırıb
  • 11:36

    Rusiyada saxlanılan keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb
  • 11:23

    İran prezidenti BMT Baş Assambleyasında iştirak edəcək
  • 11:15

    Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə 22 sentyabr tarixinədək davam edəcək
Menyu