Menyu

Marmaris sahillərində 22 miqrant xilas edilib, 4 şübhəli saxlanılıb

Nicat Hüseynli
Marmaris sahillərində 22 miqrant xilas edilib, 4 şübhəli saxlanılıb
1 dəq oxu

Türkiyənin Muğla vilayətinin Marmaris rayonu sahillərində 8-i uşaq olmaqla 22 qanunsuz miqrant xilas edilib, miqrant qaçaqçılığında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yunanıstan sahil mühafizə qüvvələrinin Türkiyənin ərazi sularına geri sıxışdırdığı iki xilasetmə salında olan Əfqanıstan mənşəli miqrantlar Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilib.

"Hadisə ilə bağlı 4 nəfər miqrant qaçaqçılığı şübhəlisi saxlanılıb", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər