Azərbaycanı Özbəkistandakı dünya çempionatında 14 cüdoçu təmsil edəcək
19–22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Operativ Media-ya verilən məlumata görə, Azərbaycan mundialda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Gənclər arasında dünya çempionatında 82 ölkədən 597 idmançının (319 oğlan, 278 qız) iştirakı nəzərdə tutulub.
Azərbaycan millisinin heyətini təqdim edirik:
Qızlar
-48 kq Nərgiz Əhmədova
-52 kq Aysun Məmmədova
-57 kq Xədicə Qədəşova Vüsalə Hacıyeva
-63 kq Hanna Zaytseva
Oğlanlar
-60 kq Ayxan Mirzəzadə
-66 kq Məhəmməd Musayev
-81 kq Mehdi Abbasov Cəsur İbadlı
-90 kq Süleyman Şükürov Aslan Kotsoyev
-100 kq Davud Namazlı Canpolad Əliyev
+100 kq Ramazan Əhmədov