Menyu

Rubio: Avropa Ukrayna ilə bağlı Rusiya-ABŞ razılaşmasından kənarda qalmaqdan narahatdır

Operativ Media
Rubio: Avropa Ukrayna ilə bağlı Rusiya-ABŞ razılaşmasından kənarda qalmaqdan narahatdır
1 dəq oxu

ABŞ-nin Dövlət katibi Marko Rubio Avropa ölkələrinin Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı ikitərəfli razılaşma əldə ediləcəyi təqdirdə prosesdən kənarda qalmaqdan ehtiyat etdiklərini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Rubio Parisdə jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ və Avropa müttəfiqləri arasında münaqişənin həlli ilə bağlı fundamental fikir ayrılıqlarının olmadığını vurğulayıb.

Onun sözlərinə görə, tərəflərin ortaq məqsədi müharibəyə son qoymaq və gələcəkdə yeni qarşıdurmanın qarşısını almaqdır.

Əlaqəli Xəbərlər