Menyu

Sadır Japarov Rusiyaya səfər edəcək

Şəfa Hüseynli
Sadır Japarov Rusiyaya səfər edəcək
1 dəq oxu

Qırğızıstan Prezidenti Sadır Japarov 10-11 noyabr tarixlərində Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya işgüzar səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı dövlət başçıları beynəlxalq və regional təhlükəsizliyin cari məsələlərini, KTMT-nin sessiyalararası dövrdəki fəaliyyətinin nəticələrini və kollektiv təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirləri müzakirə edəcəklər.

Görüşün yekununda bir sıra sənədlərin, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsinin və Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 35-ci ildönümünə və KTMT-nin 25-ci ildönümünə həsr olunmuş tədbirlər planının imzalanması gözlənilir.

Əlaqəli Xəbərlər