Menyu

Özbəkistan prezidenti İordaniyaya dövlət səfəri edəcək

Şəfa Hüseynli
Özbəkistan prezidenti İordaniyaya dövlət səfəri edəcək
1 dəq oxu

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyninin dəvəti ilə 23-24 noyabr tarixlərində İordaniyaya dövlət səfəri edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Özbəkistan və İordaniya arasında münasibətlərin yeni səviyyəyə qaldırılması və ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunacaq.

Danışıqlardan sonra bir sıra sənədlərin qəbul edilməsi gözlənilir.

Əlaqəli Xəbərlər