Dieqo Simeone La Liqada qələbə rekordunu yeniləyib
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasında 345-ci qələbəsini qazanaraq turnirin tarixində yeni rekord müəyyənləşdirib.
Operativ Media xəbər verir ki, Madrid təmsilçisi çempionatın XIII turunda səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib. Bu nəticə argentinalı mütəxəssisin La Liqadakı qələbələrinin sayını 345-ə çatdırıb.
Simeone bu göstərici ilə ispaniyalı Luis Araqonesi geridə qoyub. Araqones La Liqada 344 qələbə əldə edib. 56 yaşlı Simeone çempionatda 567, Araqones isə 757 oyun keçirib.
Argentinalı mütəxəssis 2011-ci ilin sonundan “Atletiko”ya rəhbərlik edir. Onun başçılığı altında Madrid klubu 8 titul qazanıb. Bunlara 2 La Liqa çempionluğu, İspaniya Kuboku, 2 Avropa Liqası və 2 UEFA Superkuboku daxildir.
Simeone ilə “Atletiko” həmçinin iki dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib.