Qazaxda iki nəfər bıçaqlanıb
Operativ Media
1 dəq oxu
Qazaxda bıçaq xəsarətləri alan iki nəfərin son vəziyyəti açıqlanıb.
Operativ Media xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, noyabrın 21-də saat 20:30-də iki kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, 30 yaşlı şəxsə bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda onun müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
32 yaşlı digər şəxsə isə sol əlin baş barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Sorğu