Menyu

Cənubi Koreyada təhsil naziri istefa verib

Operativ Media
Cənubi Koreyada təhsil naziri istefa verib
1 dəq oxu

Koreya Respublikasının Prezidenti Li Çje Myon təhsil naziri Çve Gyo Çjinin istefasını qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar dövlət buraxılış imtahanlarında süni intellekt vasitəsilə köçürmə hallarının qarşısını almaq üçün lazımi sistemin vaxtında hazırlanmaması ilə bağlı yaranan ictimai narazılıq fonunda verilib.

“Prezident Li Çje Myona təhsil naziri Çve Gyo Çjinin istefa vermək istəyini bildirdiyi barədə məruzə olunub və dövlət başçısı bu istefanı qəbul edib. Bundan sonra təhsil naziri vəzifəsinə namizədlərin seçilməsi prosesi başlayacaq”, - deyə bildirilib.

Bununla yanaşı, prezident Baş nazir Han Son Suka imtahanlarda qiymətləndirmənin ədalətli aparılmasına zəmanət verəcək tədbirlərin hazırlanmasını tapşırıb.

Əlaqəli Xəbərlər