Marin Le Pen prezident seçkisi kampaniyasında Kiyevə getməyəcək
Fransada 2027-ci il prezident seçkilərində “Milli Birlik” partiyasının namizədi Marin Le Pen Ukraynanın paytaxtı Kiyevə səfər etməyi və Vladimir Zelenski ilə görüşməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, Le Pen prezidentlik kampaniyası dövründə xarici ölkələrə səfər etməmək qərarına gəlib. O, bu barədə “France 2” telekanalına müsahibəsində bildirib. Siyasətçinin açıqlamasını “Le Figaro” qəzeti yayıb.
Le Pen 2017-ci ildəki prezident seçkisi kampaniyası zamanı çoxsaylı xarici səfərlər etdiyini xatırladıb. Onun sözlərinə görə, həmin təcrübə 2027-ci il seçki yarışı zamanı xaricə səfər etməmək qərarına gəlməsinə səbəb olub.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də keçiriləcək. Namizədlərdən heç biri 50 faizdən çox səs toplamazsa, ən yüksək nəticə göstərən iki namizəd mayın 2-də ikinci turda mübarizə aparacaq.