Menyu

İranın Bəhreynə endirdiyi zərbələr nəticəsində iki nəfər yaralanıb

Operativ Media
İranın Bəhreynə endirdiyi zərbələr nəticəsində iki nəfər yaralanıb
1 dəq oxu

Dünən İran tərəfindən Bəhreynə edilən hücum zamanı ən azı iki nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə bazar günü krallığın Daxili İşlər Nazirliyi (DİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Dünən Bəhreynə edilən İran hücumları nəticəsində əlilliyi olan ölkə vətəndaşı yaralanıb və vəziyyəti stabildir, həmçinin ölkədə yaşayan Pakistan vətəndaşı da xəsarət alıb. Onun vəziyyəti kritikdir. Hər ikisi xəstəxanada müalicə alır", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər