Menyu

İndoneziyada zəlzələ baş verib

Operativ Media
İndoneziyada zəlzələ baş verib
1 dəq oxu

İndoneziyanın mərkəzi hissəsində, Molukka dənizinin akvatoriyasında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Məlumata əsasən, bazar günü Bakı vaxtı ilə saat 11:55-də qeydə alınan zəlzələnin episentri Sulavesi adasındakı Bitunq şəhərindən 227 kilometr şimal-şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyinə görə zəlzələ “kifayət qədər güclü” kimi qiymətləndirilib.

Əlaqəli Xəbərlər