"Liverpul"un işçiləri Milneri bu hədiyyə ilə yola salır

Əziz Əzizli
"Liverpul"un işçiləri Milneri bu hədiyyə ilə yola salır

Mövsümün sonunda komandadan ayrılacaq Milnerə stadionun ot örtüyünə baxan komandası qırmızıların penalti atıcısı olduğu üçün qəribə hədiyyə verib.

"Operativ Media" xəbər verir ki, 8 il əvvəl Premyer Liqa komandalarından olan "Liverpul"a transfer olan Ceyms Milner mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.

Enfild Stadionunun ot örtüyünə baxan komandası  "qırmızılar"ın penalti zərbəsini vuran Milnerə penalti nöqtəsini hədiyyə edib.

37 yaşlı futbolçu sosial media hesabında "Nə gözəl hədiyyədir" qeydi ilə penalti nöqtəsinin fotosunu paylaşaraq təşəkkürünü çatdırıb. Ceyms Milner “Liverpul”da 331 oyunda 26 qol vurub və 46 məhsuldar ötürmə edib.

Milner "Liverpul" forması ilə bir dəfə Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku, Premyer Liqa, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Superkuboku və UEFA Super Kubokunun qalibi olub.

Digər xəbərlər