"Mançester Siti"də yeni müqavilə

Əziz Əzizli
"Mançester Siti"də yeni müqavilə

37 yaşlı qapıçı Skott Karson "Mançester Siti" ilə müqaviləsini 2024-cü ilə qədər uzadıb.

"Operativ Media" xəbər verir ki, bir müddət “Bursaspor”da oynayan Karson peşəkar karyerasına 2003-cü ildə başlayıb və “Lids Yunayted”, “Liverpul”, “Aston Villa”, “Vest Bromviç Albion”, “Uiqan”, “Derbi Kaunti” kimi komandalarda xidmət edib.

İngiltərə millisinin qapısını 4 dəfə qoruyan Karson 2019-cu ildə əvəzedici heyətə transfer olunduğu “Mançester Siti”də 2 matça çıxıb.

 

Digər xəbərlər