Azərbaycan Premyer Liqasının 36-cı turunda çempion "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün son oyununa giriş pulsuzdur.
"Azersun Arena"da baş tutacaq matçdan dərhal sonra "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq. Bu qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.
Oyun saat 19:30-da start götürəcək.






