Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs saxlanılıb 

Quba  Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi  qəsəbə sakini Şükür Quliyev saxlanılıb.  O, ifadəsində əməlini etiraf edib  


Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər