"Qəbələ"nin futbolçusu komandası ilə vidalaşdı

Əziz Əzizli
"Qəbələ"nin futbolçusu komandası ilə vidalaşdı

"Qəbələ" klubunun futbolçusu Felipe Santos komandası ilə vidalaşıb.

"Operativ Media" xəbər verir ki, o, bu haqda instaqram hesabında paylaşım edib.

"Bu gün Azərbaycan macəram başa çatır. Bu iki mövsümü yaşamaq çox gözəl idi. Keçən mövsüm 13 qol vurub, 20 assist edib və ölkə kubokunu qazandım.

İlk öncə mənə inanan və qapılarını açan "Şamaxı" klubuna  və bir çox qələbələr qazandığım "Qəbələ" klubuna təşəkkür etmək istəyirəm.

Təşəkkür edirəm, Təşəkkür edirəm və Təşəkkürlər ".

Qeyd edək ki, Felipe Santos karyerasını İsaril klubu "Hapoel Haifa" klubunda davam etdirməyə yaxındır.

Digər xəbərlər