Pambıq mahlıcı və ipliyinin istehsalı artıb
Şəfa Hüseynli
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 48,1 min ton pambıq mahlıcı, 15,3 min ton pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 33 faiz, pambıq ipliyinin istehsalı isə 23,1 faiz artıb.
Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə təqribən 12,3 min ton, pambıq ipliyi üzrə isə 4,7 min ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net