Mis filizləri və konsentratlarının ixrac göstəriciləri açıqlanıb

Şəfa Hüseynli
Mis filizləri və konsentratlarının ixrac göstəriciləri açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkədən dəyəri 29,9 milyon ABŞ dollar olan 16 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,3 dəfə və ya 28,4 milyon dollar, həcm baxımından isə 22 dəfə və ya 15,3 min ton çoxdur.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən dəyəri 2,36 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 1,26 faizə bərabər olub.

Digər xəbərlər