"Yuventus" "Çelsi"nin fransalı müdafiəçisi ilə maraqlanır

Əziz Əzizli
"Yuventus" "Çelsi"nin fransalı müdafiəçisi ilə maraqlanır

"Yuventus" "Çelsi"nin müdafiəçisi Malo Qustonu transfer etməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya klubu 22 yaşlı fransız futbolçunu 2025-ci ilin yayında müqavilə bağlamağı planlaşdırdıqları "Atletiko Madrid"in oyunçusu Nahuel Molinaya potensial alternativ kimi nəzərdən keçirir.

"Çelsi"nin müdafiəçisi Ris Ceyms zədəsini sağaldaraq komandaya qayıtdıqdan sonra, uyğun təklif daxil olarsa, London klubu Qustonun transferinə icazə verə bilər.

Cari mövsümdə Malo Qusto 10 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 30 iyun 2030-cu il tarixinədək qüvvədədir.

"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun dəyəri 35 milyon avro təşkil edir.

Digər xəbərlər