"Barselona"nın futbolçuları Pedri və Lamin Yamal La Liqanın 10-cu turunda "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra "Real Madrid"in müdafiəçisi Daniel Karvaxalı "instaqram"da izləməyi dayandırıblar.
Operativ Media "Footmercato"ya istinadən xəbər verir ki, "Los Blankos"un kapitanı da həmin futbolçuları izləyicilərindən çıxarıb. Bundan başqa, 18 yaşlı kataloniyalı hücumçu Lamin Yamal profil şəklini qara fonda dəyişib.
Mənbənin bildirdiyinə görə, bu vəziyyət İspaniya millisinin məşqçilər korpusunda gərginlik yaradıb. Baş məşqçi Luis de la Fuente futbolçular arasında barışığın təmin olunmasında vasitəçi kimi çıxış edə bilər.
Qeyd edək ki, "Real Madrid" – "Barselona" matçının final fitindən sonra meydanda əlbəyaxa dava düşüb. Qarşıdurmada iştirak edənlər arasında Karvaxal və Yamal da olublar.






